Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yumruğun təsiri azaldıqda Paşinyan komandası revanşist xülyanın təsiri altına düşür

Dəmir yumruğun təsiri azaldıqda Paşinyan komandası revanşist xülyanın təsiri altına düşür


"Görünən odur ki, dəmir yumruğun təsiri azaldıqda Paşinyan komandası revanşist xülyanın təsiri altına düşür. Azərbaycan cəmiyyətinə yaxşı məlumdur ki, sülhə əngəl olan Paşinyan deyil, ümumilkdə ermənilərin xəstə revanşist təfəkkürüdür. Bu xəstə təfəkkür dəyişmədikcə erməni cəmiyyətinin normal topluma çevrilməsi mümkün deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP-in sədr müavini Afsəddin Nəbiyev səsləndirib. O bildirib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər zaman belə olub:

"Təəsüf ki, hazırda da belə davam edir. Yenidən erməni siyasi liderlərin Azərbaycana dil uzatmasının əsas səbəbi, bir çox dövlətlərin əlində alət olmalarıdır. Hansı ki, onlar Ermənistanı sərsəm revanşist xülyanın təsiri altında saxlayırlar. Bu baxımdan Fransa, Hindistan kimi dövlətlər Ermənistan hakimiyyətinin başında dayanan rəhbərləri təkrar Dəmir Yumruğun altına sürükləyirlər".

AMİP rəsmisi hesab edir ki, Azərbaycan dövləti Paşinyanın nə deməsindən asılı olmayaraq barıtı quru saxlamalıdır:

"Qədim hərbi latın ifadəsində olduğu kimi; "Sülh istəyirsənsə müharibəyə hazır ol" çağırışına hər zaman hazır olmalıyıq. Şükürlər olsun ki, ordumuz çox güclüdür, daha da güclü olması üçün dövlətimiz gərəkli addımları atmaqdadır. Paşinyanlar sülhə əngəl olduqda, özlərini quyunun daha dərin yerinə yuvarlayacaqlar".

Süleyman
Xəbəri paylaş