Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili proqram direktoru seçildi

Millət vəkili proqram direktoru seçildi


Milli Məclisin deputatı Jalə Əhmədova İPA Akademiyanın DDO Psixi Sağlamlıq proqramının direktoru seçilib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən millət vəkili deyib ki, belə bir qərar İPA Akademiyanın idarə heyəti üzvləri ilə baş tutan görüşdə qəbul edilib. Deputat etimada görə, İPA Akademiyanın bütün üzvlərinə təşəkkürünü bildirib.

Jalə Əhmədova deyib ki, görüş zamanı proqramın baş psixoloqu Rövşən Nəzərli, Eksperimental Psixoloji laboratoriyanın rəhbəri Fidan Qənbərli, İPA Akademiyanın direktoru Afərim Quliyeva və digər üzvlərin iştirakı ilə bugünkü cəmiyyətdə psixologiya sahəsində olan boşluqlar, autizm spektrli pozuntusu olan uşaqlarla aparılan terapiyaların effektivliyi haqqında müzakirələr aparılıb.

"Bu sahədə yaranan problemlərin aradan qaldırılması üçün yeni layihələrin hazırlığına start verilməsinin vacibliyini vurğuladım.

Eləcə də bir neçə aylıq təlim keçərək heç bir elmi əsası olmadan tipik və ya atipik uşaqlarla məşğul olan və son dövrlər sosial şəbəkələrdə geniş vüsət alan “psixoloq”lar haqqında, bu kimi şəxslərin fəaliyyətinin qarşısının qanuni şəkildə alınmasının vacibliyini diqqətə çatdırdım".

Deputat qeyd edib ki, İdarə heyəti üzvləri ilə birgə fikir mübadiləsi apararaq xüsusi uşaqların terapiyasının sağlam komitə yaradaraq nəzarətə götürülməsini, yaxın zamanda elm insanları olaraq dəyirmi masa arxasında bu məsələləri müzakirə etməyin əhəmiyyətini vurğulayıb:

"Yekun olaraq qərara aldıq ki, psixoloji reabilitasiya təşkil olunan mərkəzlərdə uşaqlara qarşı olan və onların inkişafını ləngidən halların qarşının alınması məqsədilə protokollar və xüsusi proqramlar tətbiq edilsin. Habelə Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə psixoloji reabilitasiya aparılan mərkəzlərin birgə yığıncağı təşkil olunmaqla sistem halında inkişaf proqramları həyata keçirilsin.

Biz cəmiyyətimizi bu bəladan xilas etməyi əsas hədəfimiz olaraq görürük!
Fəaliyyətimizdə valideynlərin maariflənməsi və uşaqların qorunması əsas prioritetimizdir!".

Süleyman
Xəbəri paylaş