Newscenter.az.23.05.2019. Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölənlər:
1998-ciil təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu,
1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu,
1971-ci il təvəllüdlü Mirzəyev Səlim müzəffər oğlu,
1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu.
Hadisə yerinə gələn təcili yardım maşınları ilə ölən şəxslərin meyiti müayinə olunması üçün Salyandakı məhkəmə-tibbi ekspertisasına göndərilib. Xəsarət alanlar isə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şahidlərin sözlərinə görə, qəza mikroavtobus sürücüsünün səhlənkarlığı ucbatından olub.
Faktla bağlı araşdırma aparılır.