
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ABŞ-nin Nyu-York şəhərinə səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Newscenter.az quruma istinadən xəbər verir ki, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyinin dövlət katibi Yan Şişko ilə görüşdə Katovitsedə keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 11-ci sessiyasının (WUF11) irsi, eləcə də Bakıda təşkil olunmuş WUF13-ün nəticələrinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və qlobal miqyasda dayanıqlı şəhər inkişafına töhfəsi müzakirə edilib.
Tərəflər Azərbaycan və Polşa şəhərləri arasında mövcud olan beş qardaşlaşmış şəhər əlaqəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın şəhərsalma, dayanıqlı inkişaf və yerli idarəetmə sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.
A.Quliyev bildirib ki, aparılan dialoq şəhərsalma sahəsində Azərbaycan və Polşa arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq platformalar çərçivəsində yeni birgə təşəbbüslərin irəli sürülməsinə təkan verəcək.
Anar












































