Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi hissədə növbəti seminar keçirilib



Newscenter.az.2.11.2019. Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb.

Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb.
Sonda “Heç vaxt gec deyil” sənədli filmi nümayiş etdirilib.
Xəbəri paylaş