Newscenter.az.27.11.2019. Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) tədbirlərində iştirak məqsədilə Ekvatorial Qvineyaya səfər edib.
Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanınpaytaxtı Malaboda Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.
Sammitdə qlobalqaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.
Zaur