Newscenter.az.2.05.2020. Zaman elə gətirib ki, bizim cəmiyyət xalq yalnız gördüyünə inanır. Biz, hüquqşünaslar, təhlilçilər hər hansı prosesin gedişatı və nəticəsi barədə nə fikir izah bildirsək də, insanlar real nəticələri görmək istəyir. İstərdim ki, bu sözüm, fikrim bir bir xatırlatma imkan yaddaş kimi burada qalsın.
Azərbaycan dövlət rəhbərliyinin, yeni dönəmdə başlatdığı islahat, dəyişiklik hərəkatı sırf dövlət möhkəmliyi və ondan da çox bu xalqın rifahına, yaşayışına, hüququna, inkişafına yönəlib. Bunu mən bir bir müşahidəli, təhlilli, bilgili insan kimi görməsəm, duymasam boş yerə qəti demərəm.
Xalqın rifahının, hüququnun, sərbəst işləyib də qazanıb, yaşama, dolanışığının təminində əsas problem məmur korrupsiyası, rüşvəti, yeyintisi, özbaşınalığı, vicdansızlığı və cinayət əməlləridi. Bunun da, Konstitusiya üzrə qarşısını sərt alan səlahiyyətli dövlət orqanı məhz Prokurorluqdur.
Belə qənaətdəyəm ki məhz bu məqsədlə dövlət rəhbərliyi, prokurorluğun gücləndirilməsi, onun yeni dinamik, operativ, qətiyyət və ədalət-vicdan formatında yenilənməsinə qərar verib. Və buna görə də, prokurorluğa rəhbər təyinində hansısa klan, oliqarxiya, siyasi tərəfə tamam aidiyyətsiz, sırf dövlətçi, kimsə gözləmədiyi bir kadr seçilib.
Hörmətli oxucular, cəmiyyətimiz, xalqımız. Mən heç bir partiya, siyasi xətt, qruplaşma, klan və s. üzvü olmayan, əqidəcə sırf xalq-dövlət və vətən təəssüblü sərbəst fikirli insanam. Fikrim budur. Ən yaxın zamanda indiyədək bu xalqı maddi və mənəvi, qəlbən və ruhən boğan məmurlara sərt cəzaların tətbiqinin, feodal vicdansız təfəkkürlü bütün məmurların yüksək vəzifə-ranqından asılı olmayaraq silinib atılmasının şahidi olacağıq və xalqımıza illərin sıxıntısı yerinə azadlıq gələcək.
Bu gedişat həqiqətən daxili inqilabi dəyişiklikdi.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri