Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bakı Taksi Xidməti”nin avtomobillərində koronavirusla bağlı qabaqlayıcı tədbirlər davam etdirilir



Newscenter.az.21.05.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC “COVID-19” infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir.

Newscenter.az-a nazirlikdən bildirilib ki, sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir.

Taksilərdə olan arakəsmələr təmas xəttini minimuma endirir, virus infeksiyasının ötürülməsinin qarşısını alır. Sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün xüsusi aparat yerləşdirilib. Həmçinin taksilərdə 2 nəfərdən çox sərnişinin daşınmasına icazə verilmir.

Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur.

Fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün sürücülər antiseptik məhsullarla yanaşı, mütəmadi olaraq tibbi maskalarla təmin edilirlər.

“Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdə pandemiyanın bütün dünyada yayıldığı ilk günlərdən həm sürücülər, həm də taksidən istifadə edən sərnişinlərin məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib.

Həmçinin qurum əməkdaşlarının maarifləndirilməsi məqsədilə inzibati binanın daxilində məlumat xarakterli lövhələr təşkil olunub.

Zaur
Xəbəri paylaş