Newscenter.az.7.04.2021. Aprelin 7-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotelçilik sənayesinin nümayəndələri üçün prioritet bazarlardan olan turistlərin hotelçilik sənayesindən gözləntiləri barəsində vebinar təşkil olunub.
Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, vebinarda sənaye nümayəndələrinə Avropa, MDB, Yaxın Şərq regionlarından, Çin və Hindistandan olan turistlərin səyahət və təhlükəsizlik qaydaları ilə bağlı tələbləri və gözləntiləri barəsində məlumat verilib.
Onlayn tədbirdə, həmçinin qeyd olunan regionlarda pandemiya ilə əlaqədar vəziyyət, vaksinasiyanın aparılması səviyyəsi, hava limanlarından istifadə etməyə dair yeni qaydalar, Azərbaycanın təhlükəsiz turizm destinasiyası kimi cari mövqeyi, turistlərin pandemiya dövründə daha çox diqqət yetirdiyi məqamlar haqqında təqdimatlar edilib.
Tədbirdə iştirakçılar Azərbaycan Turizm Bürosu tərəfindən pandemiya dövründə aparılan onlayn marketinq və təbliğat siyasəti, postpandemiya dövrünə hazırlıq tədbirləri barəsində məlumatlandırılıblar.
Sual-cavab sessiyasında sənaye nümayəndələri tərəfindən olan maraq nəzərə alınaraq bu cür tədbirlər mütəmadi olaraq keçirilməsi planlaşdırılır.
Sevinc