Newscenter.az.28.06.2021. Milli Məclisin deputatı Şahin Seyidzadənin “Milli Məclis” analitik informasiya jurnalının növbəti sayında "Azərbaycan və Ermənistan: fərqli postmüharibə reallıqları" adlı məqaləsi dərc edilib.
Newscenter.az həmin məqaləni təqdim edir:
Azərbaycan Qarabağın gələcəyini qurur
Bu gün Azərbaycan qalib ölkə kimi Ermənistanın torpaqlarımızda 30 ilə yaxın sürən işğalına son qoyaraq, Cənubi Qafqazda yeni geosiyasi vəziyyəti formalaşdırma mərhələsindədir, real layihələr həyata keçirir. İşğalçı siyasəti, təcavüzkar ruhu sayəsində tamamilə blokadaya düşən, regionda iqtisadi əlaqələri inkişaf etdirmək imkanlarını sıfıra endirən Ermənistan isə hələ də bu vəziyyətdən çıxmaq üçün yollar axtarır. Bu iki Qafqaz ölkəsi postmüharibə reallığını fərqli formada - Azərbaycan gələcəklə, Ermənistan isə keçmişlə yaşayır. Azərbaycanın iradəsi ilə artıq bölgənin geosiyasi reallıqları dəyişib və bu, bütün regionun siyasi vəziyyətinə müsbət təsir edir. Dağlıq Qarabağ münaqişəsini Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfər ilə bitirən ölkəmiz işğaldan azad olunan ərazilərin minadan təmizlənməsi, təhlükəsizliyin təmin olunması, Qarabağda normal yaşayış prinsiplərinin formalaşması üçün davamlı layihələrə start verib. 30 il ərzində həyata keçirdiyi təcavüz siyasəti və bu gün də keçmişdən uzaqlaşa bilməməsi “Böyük Ermənistan” xəyalı Ermənistanı Cənubi Qafqazda Azərbaycanın imza atdığı bir çox enerji və nəqliyyat layihələrindən kənarda saxlayır. Artıq erməni xalqı üçün “köhnə səhifəni” bağlamaq, yeni səhifə açmaq zamanı yetişib. Amma hələ də Ermənistan hakimiyyəti acı məğlubiyyətinə müxtəlif donlar geydirməyə, yeni təxribatlar yaratmağa yönəlik gülünc addımlar atır.
Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başlayıb, Ermənistan isə reallıqla barışmır
Azərbaycanın balanslaşdırılmış siyasəti və beynəlxalq arenadakı nüfuzu iqtisadi, sosial, mədəni, siyasi sahələrdəki uğurunun təminatçısıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başlayıb. Bundan fərqli olaraq Ermənistan Qarabağda dalbadal təxribatlar törədir, münaqişəni yenidən gündəmə gətirməyə çalışır. Bu günə qədər işğalçı ölkə tərəfindən minalanmış ərazilərin xəritələrinin hələ də tam Azərbaycana təhvil verilməməsi və sərhədboyu zonalarda müxtəlif təxribatların baş verməsi indi də regionun təhlükəsizliyi üçün ciddi maneədir və bütün Cənubi Qafqaz bölgəsini təhdid altında saxlayır. Ermənistan hələ ki münaqişəyə “üç nöqtə” prizmasından yanaşsa da, cəhdləri hədər olacaq. Çünki münaqişə bitib. Nida!
Ermənistan növbədənkənar parlament seçkiləri “əhval-ruhiyyəsindədir”
Azərbaycan Qarabağ işğaldan azad olunduqdan sonra bütün bərpa, yenidənqurma, şəhərsalma işlərinə sürətli şəkildə başlamışdır. “YAŞAT” və “Qarabağ Dirçəliş Fondu” kimi qurumların yaradılması, bu işlərin uğurla inkişaf etdirilməsi üçün “Dövlət - özəl tərəfdaşlığı” modelinin tətbiq olunması, dünya ölkələrinin ən nüfuzlu şirkətlərinin Qarabağda yenidənqurma prosesinə cəlb edilməsi, tarixi memarlıq abidələrinin bərpa olunması, mədəni quruculuq işlərinin aparılması istiqamətində əsaslı işlər həyata keçirilir. Ermənistanda isə hakimiyyət uğrunda savaş davam edir. Bu mübarizənin fonunda Ermənistan liderləri tarixin tozlu səhifələrindən tapdıqları faktlar əsasında bir-birini günahlandırır, müharibədəki acı məğlubiyyətlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr uydururlar. Ölkədə növbədənkənar parlament seçkilərinə namizəd kimi qatılan simaların kimliyinə baxdıqda isə aydın görünür ki, seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistan yenə də gələcəyini uğursuz keçmişə bağlayıb. Bu ölkəyə yeni nəfəs, yeni siyasi yanaşma gətirə bilən lider lazımdır. Cünki zaman onların əleyhinə işləyir və deyəsən bundan bixəbərdirlər...
30 illik işğal - Ermənistanın status-kvosu
Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan 1990-1994-cü illər ərzində Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal etdi. 30 ilə yaxın bir müddət ərzində bu ölkə öz ərazisinin yarısından çoxunu təşkil edən bu torpaqları işğal altında saxlasa da, ondan heç olmasa öz dövlətinin inkişafı üçün istifadə edə bilmədi. Buna səbəb Ermənistanın “oyuncaq” rejiminin işğal edilmiş torpaqları öz ərazilərinə birləşdirməsinə beynəlxalq hüquqi don geydirmək istəyinin mümkünsüzlüyü idi. İşğalçı rejim münaqişənin həll edilməsinin müzakirəsi zamanı imitasiya yaradaraq, şüurlu şəkildə bütün prosesi status-kvo vəziyyətində saxladı. Əvəzində 30 il ərzində tək Qarabağ münaqişəsinin həlli yox, həmçinin Ermənistanın daxili və xarici siyasəti də status-kvoda idi. İşğalçılıq siyasəti nəticəsində qonşu dövlətin nəqliyyat, enerji və digər layihələrdən kənarda qalması xalqın yaşayış səviyyəsinin aşağı düşməsinə, ölkənin maliyyə itkilərinə gətirib çıxararaq iqtisadi, sosial, siyasi cəhətdən zəifəməsinə səbəb oldu, daxili böhran yaratdı. Eyni zamanda, bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlar və platformalarda, regional və ikitərəfi görüşlərdə Dağlıq Qarabağla bağlı uydurulmuş mövqe nümayişinin nəticəsiz qalması Ermənistan dövlətinin xarici siyasətini də fiaskoya uğratdı. Amma bu 30 il ərzində torpaqlarının böyük bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın seçdiyi düzgün mövqe onu bütün parametrlər üzrə davam edən dayanıqlı inkişafda əhəmiyyətli dərəcədə önə çıxardı.
Dəfələrlə sülh və danışıqlar yolu ilə Ermənistanın torpaqlarımızı işğaldan azad etməyəcəyi təqdirdə onu hərbi yolla əldə edəcəyimizi vurğulayan Prezident İlham Əliyev sonda bu addımı atdı. Bütün səylər işğal olunmuş torpaqların azad olunmasına yönəldi. Ali Baş Komandanın güclü iradəsi, müzəfər ordumuzun şücaəti ilə Azərbaycan status-kvoya “yox” deyərək, öz mövqeyini hərb meydanında nümayiş etdirdi. İgid oğullarımız bu müharibəni 44 gün ərzində qələbə ilə başa çatdırdılar. Dövlət başçısı İlham Əliyevin dünyada yüksək nüfuzu, ölkəmizin qlobal layihələrin təşəbbüskarı və iştirakçısı olması, xarici siyasətdə beynəlxalq əlaqələrin genişlənməsi, regional layihələrin icrası Azərbaycan dövlətini tam yeni sima kimi təqdim etməyə əsaslar ya¬ratdı. Bu 30 il ərzində Azərbaycan dövlətinin hər addımında tərəqqi və inkişaf müşahidə edilib. ¬Cənubi Qafqazın bu iki dövlətinin 30 illik inkişaf yoluna qısaca nəzər saldıqda siyasi cəhətdən stabil, iqtisadi cəhətdən daim dirçəlişdə olan bir Azərbaycan, daxili və xarici siyasəti, iqtisadiyyatı tənəzzülə uğramış, demoqrafik problemlər yaşayan bir Ermənistan görmək olar. Əslində bu fərq bir çox sualların cavabıdır. Ermənistan bu dövrdə tək Qarabağ müharibəsində yox, həm də inkişaf rəqabətində məğlub olmuş bir dövlətdir. Sözsüz ki, bütün dövlətlərin inkişafında lider, dövlət rəhbəri faktoru vacib amildir. Bu gün Ermənistan növbəti prezident seçkiləri ərəfəsindədir. Kadr potensialı baxımından da “müfis” durumda olan bu dövlətin doğru bir rəhbər seçəcəyi ölkə daxilində belə hər kəsdə şübhə doğurur.
Dövlətlərin taleyində lider faktoru
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı düşdüyü ağır durumdan çıxardı, ölkəni keçid dövrünün zərbələrindən qorudu, xaos vəziyyətini aradan qaldırdı. İqtisadiyyatın, mədəniyyətin bütün istiqamətlərində əsaslı ¬dönüş yaratdı. Azərbaycan cəmi bir neçə il ərzində dünyanın siyasi cəhətdən sabit, iqtisadi cəhətdən inkişafda olan bir dövlətinə çevrildi. Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycanın gələcəyi üçün həlledici addımlar atdı, uğurlu siyasi ideologiya, uzaqgörən və məqsədyönlü inkişaf strategiyası hazırladı. Onun tarixi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycanın bugünkü firavan həyatına, xoş güzəranına çıraq tutdu.
Bütün xalqımız Ulu öndəri “Azərbaycan xalqının memarı və qurucusu” adlandırır. Ümummilli liderin layiqli davamçısı və siyasi varisi İlham Əliyevin siyasəti də məhz bu yol xəritəsi ilə hərəkət etdi. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan həyatın bütün sahələrində müşahidə olunan islahatlar mərhələsinə qədəm qoydu. Ən nüfuzlu dünya liderləri və siyasi ekspertlər Azərbaycan Prezidentinin əsrimizin praqmatik və rasional düşüncəli, yüksək dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə, güclü humanizmə və siyasi iradəyə malik lider olduğunu gizlətmirlər. İlham Əliyevin xarici siyasətdə hər zaman qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsi, milli maraqları hər şeydən üstün tutması, hər bir işə peşəkar yanaşma tərzi, dərin savadı və intellekti özünü aydın şəkildə büruzə verir.
Məhz bu faktorların nəticəsidir ki, Azərbaycan indi dünyanın müxtəlif qitə lərində yerləşən güclü dövlətlərlə qarşılıqlı əməkdaşlıq və dostluğa söykənən münasibətlər qura bilib. Şərqlə Qərb, Şimalla Cənub arasında mərkəzçi mövqeyini davamlı şəkildə qoruyan Azərbaycan həm də ən müxtəlif xalqlar arasında mənəvi körpü rolunu oynayır. Belə bir rəhbəri olan Azərbaycan, şübhəsiz ki, Cənubi Qafqazın lider dövlətidir və bu statusunu yeni nailiyyətlər hesabına getdikcə daha da möhkəmləndirir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda geosiyasi və geoiqtisadi prosesləri milli maraqlar istiqamətində yönəltməyi bacarır, inkişafını sürətləndirir, milli təhlükəsizliyin güclü təminatını yaradır. Azərbaycan Prezidentinin siyasi taktikanın gedişini qabaqlamaq qabiliyyəti, müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini düzgün qiymətləndirmə bacarığı, yüksək idarəçilik keyfiyyətləri bu məsələlərdə sönməz bir mayakdır. Əldə edilən nailiyyətlər, aparılan uğurlu daxili və xarici siyasət, qazanılan uğurlar ölkəmizin təkcə mövcud olduğu regionda yox, geniş coğrafiyada hadisələrin istiqamətinə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Beləliklə, əgər Ümummilli lider Heydər Əliyev dövlətdə stabillik indeksinin əsasını qoymuşdusa, bunun davamı olaraq Prezident İlham Əliyev inkişaf və tərəqqi indeksini yaratmışdır. Mənfur qonşumuz Ermənistan isə bu 30 il ərzində dövlətin inkişaf indeksini artırmaq əvəzinə işğalçılıq siyasəti yürütmüş, nəticədə regionda gedən real layihələrin iştirakçısı olmaq imkanlarını itirmiş, “Böyük Ermənistan” xülyası ilə daim öz xalqını aldatmışdır. Hazırda bu ölkədə yaşanan xaosun idarə oluna bilməməsi məhz bu xalqın daim yanlışların içərisində olması, heç vaxt rəhbərindən düzgün məlumat almaması ilə birbaşa bağlıdır. Digər tərəfdən bu 30 il ərzində Ermənistan liderlərinin hər birində işğalçılıq siyasətini davam etdirmək əzmi müşahidə olunub. Bu dövrdə rəhbərləri tərəfindən qonşu ölkənin kompleks inkişafı naminə bir addım da atılmayıb, sosial-iqtisadi, siyasi, hüquqi sistem müasir dövrün tələblərinə uyğunlaşa bilməyib, digər dövlətlərlə “ələbaxımlılıq” prinsipləri əsasında əməkdaşlıq qurulub. Bu da, təbii ki, hər hansı bir dövləti məğlubiyyətə və tənəzzülə aparan amillərdir. Ermənistanda hazırda da hər zamankı ampulasında olan, ölkənin miskin vəziyyətinə səbəbkar olan, kimləri isə günahlandırmaq üçün bəhanələr axtaran, yanlış prosesləri milli maraqlar istiqamətində yönəltməyi bacarır, inkişafını sürətləndirir, milli təhlükəsizliyin güclü təminatını yaradır.
Azərbaycan Prezidentinin siyasi taktikanın gedişini qabaqlamaq qabiliyyəti, müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini düzgün qiymətləndirmə bacarığı, yüksək idarəçilik keyfiyyətləri bu məsələlərdə sönməz bir mayakdır. Əldə edilən nailiyyətlər, aparılan uğurlu daxili və xarici siyasət, qazanılan uğurlar ölkəmizin təkcə mövcud olduğu regionda yox, geniş coğrafiyada hadisələrin istiqamətinə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Beləliklə, əgər Ümummilli lider Heydər Əliyev dövlətdə stabillik indeksinin əsasını qoymuşdusa, bunun davamı olaraq Prezident İlham Əliyev inkişaf və tərəqqi indeksini yaratmışdır. Mənfur qonşumuz Ermənistan isə bu 30 il ərzində dövlətin inkişaf indeksini artırmaq əvəzinə işğalçılıq siyasəti yürütmüş, nəticədə regionda gedən real layihələrin iştirakçısı olmaq imkanlarını itirmiş, “Böyük Ermənistan” xülyası ilə daim öz xalqını aldatmışdır.
Hazırda bu ölkədə yaşanan xaosun idarə oluna bilməməsi məhz bu xalqın daim yanlışların içərisində olması, heç vaxt rəhbərindən düzgün məlumat almaması ilə birbaşa bağlıdır. Digər tərəfdən bu 30 il ərzində Ermənistan liderlərinin hər birində işğalçılıq siyasətini davam etdirmək əzmi müşahidə olunub. Bu dövrdə rəhbərləri tərəfindən qonşu ölkənin kompleks inkişafı naminə bir addım da atılmayıb, sosial-iqtisadi, siyasi, hüquqi sistem müasir dövrün tələblərinə uyğunlaşa bilməyib, digər dövlətlərlə “ələbaxımlılıq” prinsipləri əsasında əməkdaşlıq qurulub. Bu da, təbii ki, hər hansı bir dövləti məğlubiyyətə və tənəzzülə aparan amillərdir. Ermənistanda hazırda da hər zamankı ampulasında olan, ölkənin miskin vəziyyətinə səbəbkar olan, kimləri isə günahlandırmaq üçün bəhanələr axtaran, yanlış siyasət yeridən dövlət başçısı modelini müşahidə edirik. Bu ölkənin siyasi lideri xalq və dövlət birliyini təmin edə bilmir. Ümid edək ki, Ermənistanda prezident seçkilərinin nəticəsi onlara yalnız yeni sima yox, həm də yeni siyasi düşüncə tərzi gətirəcək. Erməni xalqına məğlubiyyətlərlə barışmağı bacaran, onu qəbul edən və sağlam düşüncəli lider gərəkdir. Hələlik hər şey göz qabağındadır. Bundan sonrasını isə zaman göstərəcək.
Şahin Seyidzadə-Milli Məclisin deputatı