Newscenter.az.12.01.2022. Cənab Prezident tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi hər kəsin hədsiz sevincinə səbəb olub. Hamı Şuşada başlanmış möhtəşəm quruculuğa öz töhfəsini vermək üçün qol çırmayıb, hər kəs Şuşa ilinə öz imzasını atmaq istəyir.
Şuşanın mədəni quruculuğuna hələ ötən ildən öz töhfəsini verən Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu hazırda “Şuşa ili” ilə bağlı öz sanballı layihələrini davam etdirməkdədir. Cənab İlham Əliyevlə çiyin-çiyinə 270 illik tarixi olan Şuşa şəhərinin yenidən bərpasında, əvvəlki şöhrətinin qaytarılmasında, dirçəlməsində Mehriban xanımın xüsusi xidmətləri daha təqdirəlayiqdir. Mehriban xanım Şuşaya çoxsaylı səfərlər zamanı tarixi-dini abidələrimizi ziyarət etmiş, zəngin irsimizin bərpası üçün ilk gündən yorulmaz işlərə başlamışdır.
Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Gövhər ağa məscidinin təmir olunmasında, Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərinin öz yerinə qaytarılmasında, Vaqifin muzey-məqbərə kompleksinin bərpasında onun əvəzsiz əməyini qeyd etmək lazımdır.
Heydər Əliyev Fondu işğaldan azd edilmiş bütün ərazilərdə, o cümlədən Şuşadakı məscidləri əsaslı təmir və bərpa edir, Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpa işlərini həyata keçirir.
Şuşada yenidən bərpa olunan Xarıbülbül festivalının keçirilməsinin də təşəbbüskarı Mehriban xanımdır. Vaqif Poeziya Günlərinin təşkili, tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri də Şuşanın quruculuq salnmasinə bir töhfə oldu. “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya Şuşanın zəngin tarixi xəzinəsini dünyaya təqdim etdi.
Mehriban xanımın təşəbbüskarlığı sayəsində 30 il əvvəl Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilmiş xalçalar yenidən öz ünvanına qaytarıldı, bu da Şuşa incəsənətinin intibahında yeni bir səhifədir.
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Yaddaş. Fotoqrafik tarix” sərgi Şuşanın qədim tarixini, zəngin mədəniyyətini, ənənələrini təcəssüm etdirdi, eyni zamanda, tarixi-memarlıq nümunələrimizə qarşı erməni vandalizminin simasını dünyaya tanıtdırdı.
Bu yaxınlarda Mehriban xanımın dəstəyi ilə istifadəyə verilən www.shusha.today portalı da Şuşanın tarixi ilə bağlı əsil həqiqətləri, eyni zamanda, erməni terrorizminin mahiyyəti barədə faktları dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Fond Şuşa şəhərində digər layihələri davam etdirir, şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri aparılır.
Şuşa günbəgün libasını dəyişir, yeni muzeylər açılır, məktəblər inşa olunur, elm və incəsənət müəssisələri yaradılır. Bütün bunların hər birində Mehriban xanım Əliyevanın tükənməz yaradıcılıq eşqi vardır. O, Qarabağımızın, Şuşanın mədəni intibahına, “Şuşa ili”nə ən layiqli öz zəngin töhfələrini verəcəkdir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, proessor