Rusiyanın başladığı işğalçı müharibənin gedişi və son nəticəsi ilə bağlı mənzərə artıq aydınlaşmağa doğru gedir. Ukraynaya fiziki hücum etməklə Rusiya bütün sivil dünyanı öz imperialist mahiyyətinin psixoloji hədəfinə almış oldu. Rusiya güc yolu ilə dünyanı, əsasən də Qərb dünyasını onunla hesablaşmağa məcbur edə biləcəyini düşündüyü halda özü faktiki qurbana çevrildi. Müharibəyə başlamaq əmri Rusiyanın gücsüzlüyünü ortaya çıxarmaqla həm də, Putin komandasının bacarıqsızlığını da göstərmiş oldu. Rusiya, Putin hakimiyyəti Qərb dünyasının apardığı ağıllı siyasət nəticəsində, polittexnoloqların hazırladığı qərarı verdi, tələyə salındı. Ssenarinin əsas müəllifi ABŞ, icraçı isə Rusiyanın özü oldu. Artıq Rusiya Ukraynada başladığı müharibəsinin ilk günlərindən səhvini anlasa da prosesi dayandıra bilmir.
Brüsseldə keçirilən Aİ Liderlər Sammitində suverenliyi Rusiya tərəfindən pozulmuş Ukrayna və Moldovaya “namizəd ölkə” statusu verilməsi qərarı o mənzərəni yaradır ki, Qərb ərazi bütövlüyü problemi olan ölkələri yanına çəkməklə eyni zamanda Rusiyaya qarşı açıq cəbhədə olduğu təstiqlədi. Bu sadəcə faktın etirafı idi. Nəticə etibarı ilə Rusiya vəziyyətin idarəolunmaz səmtə inkişafa getdiyindən son şanslarından istifadə etməklə keçmiş SSRİ dövlətlərə istədiklərini verməklə su üzərində qalmağa çalışır.
2008-ci ildə Rusiya Gürcüstana hücum etməklə Qərbdən müəyyən qədər istədiklərinə nail oldu və keçmiş SSRİ respublikasının Qərbə inteqrasiyası istəyini, tempini azalda bildi. Rusiya bu dəfə Ukraynaya hücum etməklə 2008-ci ilin nəticələrini təkrarlaya biləcəyini düşünürdü. Ancaq proseslər Rusiyanın özünün ölüm-qalım məsələsinə çevrilib. Düzdür Rusiya Ukrayna ilə bağlı planlarına dəyişilik etməyə məcbur oldu, ancaq müharibənin uzanmasında maraqlı olmadığından kiçik ərazi işğalı ilə Ukraynada hərbi və siyasi məqsədinə çatdığını elan edib müharibəni dayandıra bilərdi. Ukrayna və Moldovaya “namizəd ölkə” statusu verilməsi qərarının məqsədi həm də Rusiyanın müharibədən çıxmağına imkan verməməkdir.
Qərbin Ukraynaya uzaqmənzilli raketlərin, hücum silahlarını verməklə Rusiyanı müharibədən çıxmamağı, savaşı davam etdirməyə məcbur edir. Ukrayna üçün müharibə öz ərazi bütövlüyünün bərpasına real imkanlar yaratdığından müharibəyə çox maraqlıdır. Qərblə istəkləri ust-üstə düşən Ukraynanın öz məqsədi, Qərbin isə öz strateji hədəfləri var. Rusiyanın son taleyi bəllidir, ancaq tez sevinməyə və rahatlaşmağa dəyməz.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq