SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin ölüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Bildirilib ki, sovet dövlət xadimi 85 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.
Qeyd edək ki, V.Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.