Ölkə rəhbəri, Prezidentimiz cənab İlham Əliyev tərəfindən edilən xəbərdarlıqlara, habelə həbslərə baxmayaraq, qanunsuz yollarla varlanmaq istəyən, rüşvət bataqlığından xilas olmağa can atmayan məmurlar hələ də iş başındadır.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, bütün dövlət məmurları gəlir və xərclərinin bəyannaməsini verməlidir:
"Dövlət məmuru və onun ailə üzvləri hər ay nə qazanır, nə qədər xərcləyir, bunlar hesabatda qeyd olunmalıdır ki, dövlət onların öz maaşı ilə dolandığını bilsin. Bəzi əlində Dövlətin gerbli möhürü olan rəhbərlərin geyindiyi kostyumun qiyməti, özləri və ailə üzvlərinin gəzdiyi xarici ölkələr, sahibi olduqları maşınların və villaların qiyməti maaşınlarından dəfələrlə çoxdur. Bu halda sual yaranır ki, bu qədər var-dövlət və sərvət hardandır?".
Əli İbrahimov hesab edir ki, dövlət işində çalışanların bəziləri qanunsuz yolla “qaz vurub, qazan doldura” bilirlər:
"Bizdə dövlət işçilərinin əksəriyyətinin gözü kölgəlidir. Tək maaşa baxan əməkdaş, artıq yox, yetərinə kifayətlənən və savadlı kadr yalnız xalqı üçün çalışacaq və heç nədən, heç kimdən qorxmayacaq".
Mehman