Bu gün paytaxtın Suraxanı rayonunun Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı «Azərsu» ASC yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprılan təmir işləridir.
«Azərsu» ASC narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Sevinc