24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Görüşdə millət vəkili vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat qərargahından Newscenter.az-a verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması və mənzil növbəsinə yazılması, xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsi ilə əlaqədar yardım göstərilməsi, cinayət işi ilə bağlı məhkəmə prossesində vətəndaşa hüquqi dəstəyin göstərilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qarşılaşdığı problemlərin aradan qaldırılması və s. bu kimi mühüm məsələlər yer almışdır.
Qəbulun sonunda deputat K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.
Ruhiyyə