Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni nazirdən Azərbaycanla bağlı ETİRAF: “Ticarət əlaqələrinin bərpası Ermənistanı xarici bazarlara çıxaracaq”

Erməni nazirdən Azərbaycanla bağlı ETİRAF: “Ticarət əlaqələrinin bərpası Ermənistanı xarici bazarlara çıxaracaq”


“Azərbaycanla azad ticarət siyasətinin qurulması Ermənistanın daha böyük bazarlara çıxmasına kömək edəcək”.

Newscenter.az-ın məlumatına görə, “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışan V.Kerobyan deyib ki, dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayenin olması mümkün deyil.

“Beləliklə, Ermənistan Rusiya, İran, Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsi əldə edəcək”, - nazir əlavə edib.
Xəbəri paylaş