Müharibə olmayacaq. Gərginlik həmişə olub, indi də var, sadəcə bu seperatçıların təxribatları səbəbi ilə hazırda maksimuma daha da yaxınlaşır.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, 2-3 min erməni silahlısını cəhənnəmə göndərmək Ordumuz üçün çətin vəzifə deyil:
"Amma baş verənlərin əsas məqsədini bilmək vacibdir, bunsuz prosesin dəqiq istiqamətini müəyyən etmək asan deyil".
Ədalət Verdiyev onu da qeyd edib ki, hər şey isə gözlədiyimizdən də yaxşı olacaq:
"Yaxşı işlər asta-asta həyata keçirilməkdədir. Hərbi, siyasi və diplomatik təzyiqlərimiz davam edir".
NEWSCENTER.AZ