"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə əlillərinə qayğısını əks etdirən Fərmanın icrasına başlanılması və Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi dövlət başçısı tərəfindən atılmış növbəti humanist addımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu Fərman bir daha göstərir ki, Müzəffər Ali Baş Komandanımız öz əsgər və zabitlərini, onların ailə üzvlərini daim diqqətdə saxlayır, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətə malik tədbirlər görür, müvafiq Fərmanlar imzalayır:
"Cənab Prezidentin 2021-ci il dekabrın 23-də imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman, Ali Baş Komandanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısının növbəti təzahürüdür".
Deputat diqqətə çatdırıb ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edən bu Fərmandan yararlanacaq şəxslərin sevinci, dövlətimizin başçısına olan minnətdarlıq hissləri sonsuzdur:
"Torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmış oğul və qızlarımızı diqqət və qayğı ilə əhatə edən dövlətimizin başçısına və Birinci vitse-prezidentimizə həm öz adımdan, həm də təmsil etdiyim seçicilərim adından dərin təşəkkürlərimi bildirirəm".
Jalə Əhmədov sonda onu da qeyd edib ki,
Cənab Prezidentin insanlara bəxş etdiyi sevinc bizim sevincimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir.
Ruhiyyə