Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ"ın potensial rəqiblərinin duelində qalib bəlli oldu

"Qarabağ"ın potensial rəqiblərinin duelində qalib bəlli oldu


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Newscenter.az xəbər verir ki,
"Report"un məlumatına görə, açılış matçında "Qarabağ"ın pley-offdakı potensial rəqibləri olan Moldova "Şerif"i və Çexiyanın "Viktoriya" (Plzen) komandası qarşılaşıb. Kişineudakı "Zimbru" stadionunda oynanılan qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 36-cı dəqiqədə meydan sahibləri açıblar. İbrahim Akanbi Raşid penaltidən fərqlənib. Cəmi 5 dəqiqə sonra qonaqlardan Tomaş Hori 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə, tarazlığı bərpa edib. 55-ci dəqiqədə isə Pavel Buça yekun hesabı müəyyənləşdirib.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

2 avqust

21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

Qollar: İbrahim Akanbi Raşid, 36 (penalti) - Tomaş Hori, 41 (penalti). Pavel Buça, 55

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da olacaq. Bu cütün qalibi pley-off mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq. Ağdam klubu ilə Macarıstan çempionu arasında ilk matç avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xəbəri paylaş