Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvan şəhər sakininin evindən 1 kiloqrama yaxın heroin aşkarlandı

Şirvan şəhər sakininin evindən 1 kiloqrama yaxın heroin aşkarlandı


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş İlqar Umudov yaşadığı evin yaxınlığında saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm, yaşadığı evdən isə təmiz çəkisi 960 qram olan narkotik maddə - heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mehman
Xəbəri paylaş