Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Yevlaxda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb


Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla onun rayon sakini Namiq Kərimov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 13 kiloqrama yaxın olan 31 ədəd çətənə bitkis, eləcə də 1 kiloqram 850 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı N.Kərimov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Xəbəri paylaş