Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATƏT Azərbaycan və Ermənistana çağırış edib

ATƏT Azərbaycan və Ermənistana çağırış edib


“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Newscenter.az xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.
Xəbəri paylaş