Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın dünya miqyasındakı mövqeyi, gücü və etibarı günbəgün artmaqdadır

Azərbaycanın dünya miqyasındakı mövqeyi, gücü və etibarı günbəgün artmaqdadır


Ölkəmizin milli maraqlarının yüksək səviyyədə təmin olunduğu Daşkənd bəyannaməsi, Türk dövlətləri birliyinin daha da möhkəmlənməsinə və gələcək inkşafına böyük təkan verəcək. Bəyənnamə bir sıra aspektlər baxımından böyük əhəmiyyətə malik tarixi sənəddir. Eyni zamanda Daşkənd bəyannaməsində, Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyi vurğulanmışdır. Daşkənd bəyənnaməsi Azərbaycanın Avrasiya coğrafiyasında geosiyasi proseslərdəki rolunun daha da artmasına və mövqeyinin möhkəmlənməsinə böyük töhvə verəcəkdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bununla yanaşı, ölkəmizlə, Şərqi və Cənub Asiya ölkələri və dünya miqyaslı təşkilatlar arasında sıx iqtisadi və ticarət əlaqələri, mədəni, humanitar münasibətlər daha da dərinləşəcəkdir. Nəqliyyat əlaqələrinin genişləndirilməsini nəzərdə tutan Daşkənd bəyannaməsində dəstəklənən layihələrdən biri də Zəngəzur dəhlizidir. Bəyənnamədə Zəngəzur dəhlizinin vacibliyi və önəmi xüsusi vurğulanmışdır:

“Bu gün dünyada cərəyan edən qeyri-sabit proseslər fonunda ölkəmiz dünya ölkələri ilə əlaqələri daha da genişləndirir, inkşafa və tərəqqiyə hesablanmış təşəbbüslər irəli sürür, beynəlxalq əhəmiyyətli layihələr icra edir. Dünya miqyasında etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın mövqeyi və gücü günbəgün artmaqdadır. Əlbətdə bütün bunlar ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və milli maraqlarımızın təmin olunduğu xarici siyasətin nəticəsidir”.

Ruhiyyə

Xəbəri paylaş