Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Qarabağda hərəkətliliyinə qarşı Moskvanın təhdidləri nəticə verməyəcək

Azərbaycanın Qarabağda hərəkətliliyinə qarşı Moskvanın təhdidləri nəticə verməyəcək


«Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən silahlı erməni birləşmələrinin açdığı atəş nəticəsində Laçın istiqamətində hərbi qulluqçumuz şəhid olub. Qarabağdan silahli erməni birləşmələrinin çıxarılması labüddür və bu istiqamətdə Azərbaycan tərəfinin bütün vasitələrdən istifadə etməsi mütləqdir».

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Zakir Həsənova telefon zənginin də əsas məqsədi silahlı erməni birləşmələrini qorumaq və onların çıxarılmasını yubatmaqdir:

«Azərbaycan təbii ki, bu reallıqla barışmayacaq. Qarabağdakı qeyri-qanuni silahli erməni birləşmələri üçün geri sayım başlayır. Silahli erməni birləşmələrinin qalması, Azərbaycanın bu ərazilərə köçkünlərin köçürülməsini yubadir. Çünki, təhlükəsizlik baxımından Qarabağda silahli erməni birləşmələri vətəndaşlarimızın həyatı üçün təhdiddir. Həmçinin, bu, ermenilerin növbəti dəfə hücumlar təşkil etməsinə gətirəcək».

Ekspert hesab edir ki, əgər, Qarabağda Rusiya hərbiçiləri təhlükəsizliyi təmin edirsə, silahlı erməni birləşmələrinə ehtiyac yoxdur:

«İkinci, Rusiya hərbçilərinin əsas missiyası burada təhlükəsizliyi qorumaq deyil, silahlı erməni birləşmələrinin təxribatlar etməsi üçün onlara dəstək verməkdir. Qeyd edim ki, Azərbaycanın Qarabağda hərəkətliliyinə qarşı Moskvanın təhdidləri nəticə verməyəcək. Kreml məcbur qalıb, silahlı erməni birləşmələrinin çıxarılmasını təmin edə bilər. Baş verən proseslər fonunda ABŞ vasitəsiçiliyi ilə ikitərəfli danışıqlar müvəqqəti dayanacaq. Bu ay bir neçə görüş gözlənilirdi. Artıq, bu görüşələrin keçirilməsi dayandırılacaq».

Məhəmməd Əsədullazadə onu da deyib ki, Putin Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşünü təşkil etməyə çalışır:

«Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Rusiyada belə bir görüşün keçirilməsində maraqlı deyilər. Rusiya ərazisində görüş maraqlarımızin əleyhinədir və bu növbəti bir neçə ay ərzində proseslərin dondurulmasina xidmət edir».

Mehman
Xəbəri paylaş