Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın təxribatlarının səbəbi nədir?

Ermənistanın təxribatlarının səbəbi nədir?


Ermənistan 2020-ci ildə 44 günlük müharibədə irimiqyaslı müharibə aparmaq və 10 Noyabr 2020-ci il tarixi reallığını dəyişmək imkanında və gücündə deyil. Bu hərbi-psixoloji və hərbi-texniki analizlərlə öz təsdiqini tapan faktdır. Belə olan təqdirdə Qarabağda erməni silahlı birləşmələrinin təxribatlarının səbəbi nədir?

1. Ermənistan 1990-cı illərin əvvəllərində olduğu kimi Şərq-Qərb (Bu gün gedən Rusiya-ABŞ hibrid müharibəsi) savaşından bəhrələnəcəyini düşünür;
2. Ermənistan bu dəfə səhərlər “rus”, axşamlar isə “fransız” olmaqla, Qərbin hərbi dəstəyinə ümid edir;
3. Ermənistan Ukrayna uğrunda gedən müharibə öncəsi Azərbaycanın Rusiya ilə Müttəfiqlik haqqında Bəyannaməsini əsas gətirərək, qərbyönümlü siyasətinin qazancını əldə etmək istəyir. Necə ki, 1990-cı illərin əvvəllərində Azərbaycan qərbyönümlü siyasət yürütdüyü zaman, Ermənistan Kremilin dəhlizlərində Qarabağı qazana bildi;
4. Ermənistan son 1 ildəki kəskin qərbyönümlü siyasəti ilə manipulyasiya edərək, Rusiyanı şantaj edir. Erməni hərbi birləşmələrinin Qarabağda qalmasına, erməni əhalinin hüquqi statusunun əldə olunmasına çalışır;

Azərbaycanın mövcud vəziyyətdən hansı üstünlük əldə edə bilər?

1. Rusiyanı razı salmaq lazımdır ki, Cənubi Qafqazda ona qarşı riyakar siyasət yürütməyən yeganə ölkə Azərbaycandır. Bu baxımdan Rusiya bölgədəki Qərb dayaqlarına növbəti dəfə sarsıdacaq zərbə vurması üçün Azərbaycanla birgə hərəkət etməlidir.
2. Azərbaycan Qarabağın Əsgəran şəhəri və Şuşa rayonu bölgəsində hərbi üstünlüyünü tam təmin etməlidir.
3. Azərbaycan bu hərbi əməliyyatlardan sonra erməni hərbi birləşmələrinin tərkisilah olunması üçün hərbi-siyasi iradəsini kəskin şəkildə ortaya qoymalıdır.
Yuxarıda Azərbaycanla bağlı sadaladığım məqamlar Qarabağ probleminin köklü həllinə və Ermənistanın təslimçilik sənədinə imza atması ilə nəticələnəcək.

Ramil Məmmədli
Hərbi-siyasi şərhçi
Xəbəri paylaş