"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.
"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlaylb.
Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.