Bakı "İnter"i (indiki "Şamaxı") və "Qarabağ"ın sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.
"Report" Latviya Futbol Federasiyasına istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.
Onun ölüm səbəbi yazılmayıb.
Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010 - 2011-ci illərdə "Qarabağ"da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.