"Ermənistan bütün dövlətləri və beynəlxalq təşkilatları ayağa qaldırmağa çalışır ki, Azərbaycana təzyiq etsinlər".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Avropa İttifaqının və ABŞ-ın Azərbaycana ehtiyacı var. Brüssel və Vaşinqtonun Rusiyaya sərt sanksiyaları fonunda bu paytaxtlar Azərbaycan neftinin və qazının köhnə qitəyə daha çox nəqlini istəyirlər:
"İmzalanan sazişlər var. Üstəlik Çinin və Mərkəzi Asiya ölkələrinin Azərbaycanın tranzit imkanlarından istifadə etməsi də Brüssel və Vaşinqtonun maraqlarına cavab verir. Vaşinqton və Brüsseldən dəstək gözləmirik, yetər ki, mane olmasınlar.
Buna baxmayaraq, Qərbdə erməni lobbisi ilə bağlı olan ayrı-ayrı fərdlər və mərkəzlər Azərbaycan əleyhinə suyu bulandırmağa çalışacaqlar. Səfirliklərimizin və xaricdəki diplomatlarımızın fəallıqlarını artırması zərurəti var".
Mehman