Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.