Bu gün və sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 58-ci km-lik hissəsində (Şamaxı rayonu istiqamətində) təmir işləri aparılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik, sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.