Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DEPUTAT: "Bu vətənə, millətə, Prezidentə xəyanətdir!"

DEPUTAT: "Bu vətənə, millətə, Prezidentə xəyanətdir!"


"Əgər bir ölkədə məhkəmə qərarı olmadan, hər hansı hüquqi əsas və sənəd olmadan vəzifəli şəxslər reketçiliklə, qanunsuzluqla məşğul olursa, iş adamına təzyiq göstərmək üçün onun işçilərini, sürücülərini maşına basıb aparırsa, işi qanunsuz olaraq dayandırırsa daha nə deyək?".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib. Millət vəkili bildirib ki, Qarabağda şəhid veririk, Ermənistanla az qala yeni müahirbə gözlənilir:

"O boyda azad olunan Qarabağı yenidən tikib-yaratmalıyıq, pandemiyanın acı nəticələrini aradan qaldırmalıyıq, müharibə iştirakçılarının artan narazılığını qarşısını almaq üçün iş yerləri və təminat yaratmalıyıq. Amma, bəziləri düz Bakının ortasında qanunu ayaqlar altına atıb tapdalayr və sonra da qəhqəhə çəkir. Bu vətənə, millətə, Prezidentə xəyanətdir!"

Millət vəkili qeyd edib ki, indi 2022-ci ildir, 1917-ci il deyil:

"Azərbaycanda bolşevik inqilabı baş verməyib. Bəlkə olub, xəbərimiz yoxdur? Rəsmi şikayət məktubuunu gözləyirəm. Amma, həqiqətən dəhşətə gəlirəm və şok oluram!".

NEWSCENTER.AZ
Xəbəri paylaş