ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), ABŞ-ın FHI360 təşkilatının, “MG Consulting”in maliyyələşdirdiyi, Dövlət Vergi Xidmətinin təşkilati dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin icra etdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Bakı şəhərində “Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.
Newscenter.az-ın xəbərinə görə, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva tədbirin açılışı zamanı bildirib ki, dəyirmi masanın keçirilməsin də əsas məqsəd dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı sahəsindəki mövcud problemləri birgə müzakirəsi, həmin problemlərin aradan qaldırılması üçün bu istiqamətdə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və qaunvericilik bazasının təşmilləşdirilməsini təmin etmək məqsədilə fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir.
Dəyirmi masa iştirakçılarına və ictimaiyyətə layihə çərçivəsində aparılmış araşdırmar və onun nəticələri barəsində hesabat təqdim olundu. Təqdimatdakı statistik məlumatlardan məlum oldu ki, nəticə etibrilə adıçəkilən sahədə hələ də müəyyən problemlər var və bu problemlərin aradan qaldırılmsı üçün birgə əməkdaşlığın genişləndirilməsinə və qanunvericilik çərçivəsində zəruri işlərin görülməsinə böyük ehtiyac var.
Dəyirmi masada Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Mədəniyyət Nazirliyi, Hesablama Palatası, DİM, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi və bir çox dövlət qurumları, müstəqil ekspertlər, ABB, Kapitalbank, Rabitəbank, Ekvita Consulting LLC, MG Consulting, MARSOL MMC, OKUKLU Holding və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dəvətlilərin çıxışlarından sonra geniş ümumi müzakirələr aparıldı, problemlərin həlli yollarıyla bağlı təkliflər verilib.
NEWSCENTER.AZ