Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra başçısı və millət vəkili sakinlərlə görüşüb-FOTOLAR

İcra başçısı və millət vəkili sakinlərlə görüşüb-FOTOLAR


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Newscenter.az xəbər verir ki, qəbul Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbin akt zalında baş tutub.

Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, sakinlərlə görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etdi ki, səyyar qəbulun məqsədi bilavasitə sakinlərlə ünsiyyət yaradıb onları narahat edən problemləri həll etməkdir.

Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri də iştirak etdilər. Qəbulda iştirak edən Yasamal rayonu sakinləri pilot binaların istismara verilməsinin yubanması, həyətlərdə şlaqbaumların quraşdırılması, elektrik enerji sayğaclarının işi,yaşıllıqlara qulluq, yaşayış binası ətrafının çəpərlənməsi ilə mübarizə, liftlərin təmiri, su təchizatı, sənədsiz evlər, sosial yardım, məşğulluq, tibbi əməliyyata yardım və bir sıra sosial məsələlər qaldırdılar.İcra Hakimiyyətinin başçısı Elşad Həsənov pilot layihələrlə baglı yaxın zamanlarda görüşün keçiriləcəyini bildirdi.

Sakinlərin sosial yardımla bağlı isə rayonunun təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsərinə tapşırıqlar verdi.Tapşırıqların icrası ilə baglı konkret müddət müəyyən olundu və növbəti qəbullarda onların icrası nəzərdən keçiriləcək.

Sevinc
Xəbəri paylaş