Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA "Şərq Bazarı"nda milli satış-sərgi yarmarkası keçirir

KOBİA "Şərq Bazarı"nda milli satış-sərgi yarmarkası keçirir


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.

Newscenter.az KOBİA-ya istinadən xəbər verir ki, ilk dəfədir keçirilən tədbirin məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yarmarkada 90-a yaxın biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunur. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunub, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılıb. Konsert proqramı ilə müşayiət olunan yarmarkada uşaqlar üçün master klaslar və s. əyləncəli tədbirlər də təşkil olunacaqdır.

Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Vüqar İskəndərov belə tədbirlərin yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişlədirilməsində önəmi barədə fikirlərini bölüşüblər.

Yarmarka avqustun 7-dək davam edəcəkdir.

Sevinc
Xəbəri paylaş