Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı kimdir?

Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı kimdir?


Son məlumatlara görə Londonda Azərbaycan səfirliyinin binasına hücum olub. Hücum edənlər Səfirliyin binasından asılmış Azərbaycan bayrağını çıxarıb yerə atıblar. Azərbaycan səfirliyinə hücumu Küveyt əsillilərin yaratdığı radikal şiə təşkilatı - Mehdi Qulluqçular Birliyi öz üzərinə götürüb.

Əsasən müsəlman şiə ölkəsi olan Azərbaycan səfirliyinə radikal şiə təşkilatının hücumunun hansı izahı ola bilər ki?! Məlumdur ki, dünyada şiə təşkilatlarının əsas ideoloji rəhbərliyi və maliyyə mənbəyi İrandır və sözsüz ki, Londonda Azərbaycan səfirliyinə hücumun əsl təşkilatçısı da məhz İran fars rejimidir.

Qənaətimizi əsaslandıran çoxlu faktlar və əlaqəli siyasi proseslər var. Ermənistanı özünün qırmızı xətti hesab edən İranı, son günlərdə Ermənistanın və onun havadarlarının qurduğu planlarının məhv olması düşmən tərəfi hiddətləndirməyə bilməzdi, ələlxüsus da "Qisas" əməliyyatından sonra. Zəngəzur dəhlizinin açılmasına hər çürə mane olmağa çalışan İranın Azərbaycana artıq real heç bir təsir imkanları da qalmayıb.

Qeyd etmək lazımdır ki, 44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə İranın riyakar, düşmən və xain siyasəti onun Azərbaycanda yetişdirdiyi "din qardaşları" dirəyini əsaslı şəkildə laxlatdı və İran fars molla rejiminin tərəfdarları xeyli dərəcədə azaldı hansı ki, qalanlar isə heç bir təsiredici imkana malik deyildir. Bu səbəbdən də İran Azərbaycana qarşı ən murdar siyasətə əl atıb.

O ki, qaldı Londonda Azərbaycan səfirliyinə qarşı hücumda ingilis xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı fikirlərə, belə fikir və mülahizələr tam əsasızdır. Təkcə bir fakt, 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı Qətnaməni "veto" hüquqi ilə bloklayan məhz Böyük Britaniya oldu. Eyni zamanda da Türkiyə ilə Böyük Britaniya arasında faktiki müttəfiqlik münasibəti və hər iki ölkənin xüsusi xidmət orqanlarının birgə fəaliyyəti onu deməyə əsas verir ki, baş vermiş hadisədə ingilis dövlətinin heç əli yoxdur. Ümumın isəTürkiyənin və Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində Böyük Britaniya dövlətinin xidmətini danmaq, gözdən salmaq ən azı ədalətsizlik olardı. İngilislərin türk xalqına isti münasibəti göz qabağındadır. Məhz buna görə də xaricdə Azərbaycan səfirliyinə hücumun məhz Londonda təşkil olunması heç də təsadüfi deyil. Bu təxribatın əsl məqsədlərindən biri də Azərbaycan Böyük Britaniya münasibətlərinə xələl gətirməkdir.

Azərbaycan dövləti və xalqı "müsəlman" xəyanətinin haradan gəldiyini gözəl bilir. O da məlumdur ki, Azərbaycanın yürütdüyü siyasətə qarşı İran da, Rusiya da gücsüzdür. Azərbaycan qarşısına qoyduğu məqsədə xalq və dövlət olaraq böyük istək və ruh yüksəkliyi ilə irəlləyir. Bu müzəffər xalqın amalı təkcə Zəngəzur deyil və həm də Cüneydir.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
Xəbəri paylaş