Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb


Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb.

Newscenter.az-ın məlumatına görə, Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulacaqlar.

Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış edəcəklər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutacaq.

Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək.
Xəbəri paylaş