Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlarımız artdıqca anti-Azərbaycan qüvvələr müxtəlif təxribatlara əl atmağa çalışır

Uğurlarımız artdıqca anti-Azərbaycan qüvvələr müxtəlif təxribatlara əl atmağa çalışır


Bu gün Azərbaycanda hər bir sahədə inkşaf və tərəqqi hökm sürür, ölkəmiz bir çox dünya miqyaslı layihələrə, tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir . Daxili siyasətlə yanaşı, eyni zamanda ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycanın dünya miqyasındakı gücü və mövqeyi günbəgün artmaqdadır. Bütün bu uğurlarımız Azərbaycanı gözü götürməyən qüvvələr tərəfindən qısqanclıqla və paxıllıqla qarşılanır. Uğurlarımız artdıqca həmin anti-Azərbaycan qüvvələr müxtəlif təxribatlara əl atmağa çalışırlar.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ötən gün bir qrup dini radikal dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edərək, səfirlik binasına zorla daxil olmuş, binanın eyvanında dini bayraqlar qaldıraraq radikal şüarlar səsləndirmiş, beynəlxalq hüququ kobud şəkildə pozaraq vandalizm aktı törətmişdir.Vandalizm aktının həssas bir dönəmdə "Qisas" əməliyyatından dərhal sonra törədilməsi bir daha sübut edirki, ölkəmizin artan nüfuzu və dünya miqyasındakı gücü anti-Azərbaycan qüvvələrini xeyli dərəcədə narahat edir. Həmin qüvvələrin törətdikləri təxribat növbəti dəfə fiaskoya uğradı. Əminik ki, qısa bir zaman ərzində vandalizm aktına hüquqi qiymət veriləcək və təxribat törədən ünsürlər layiqli cəzalarını alacaqlar:

“Heç bir radikal ünsür dəstəsi törətdiyi təxribatla ölkəmizin inkşafına kölgə sala bilməz və birliyimizə xələl gətirə bilməz.İnkşafımızı gözü götürməyən qüvvələr tərəfindən törədilən hər bir təxribat birliyimizi daha da gücləndirir. Bu gün müqəddəs və şanlı Azərbaycan bayrağı dünyanın ən ali zirvələrində qürurla dalğalanır. Nə qədər ki Azərbaycan xalqı və onun Dəmir Yumruqlu İlham Əliyev kimi lideri var, birliyimiz əbədi və bayrağımız zirvələrdə olacaq. Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi istənilən təxribatın qarşısını qətiyyətlə almağa qadirdir

Ruhiyyə
Xəbəri paylaş