Türkiyənin Antalya şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti toplantısı keçirilib.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əhmədovanın onlayn şəkildə qatıldığı toplantı zamanı Federasiyaya üzv ölkələrdə görülən işlər və bu sahədə olan problemlər müzakirə olunub. Eləcə də Türk dövlətlərində autizmlə bağlı ümumi vəziyyətin, xüsusilə təhsil, reabilitasiya, idman və digər fəaliyyətlərin araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Daha sonra Türk Dövlətləri Autizm Federasiyasının müvafiq vəzifələrinə seçkilər olub. Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli TDAF-ın növbəti beş il üçün prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova isə TDAF-ın baş katibi seçilib.
Ruhiyyə