"Təhsilinə nümunə kimi həsəd apardığımız ölkələrdə 12-18 nəfərlə formalaşan siniflər bizdə 35-40, bəzən 45 şağırdlə doldurulur. Guya kurikulumun əsas fəlsəfəsində, uşaqlara şəxsiyyət kimi yanaşmaq, bacarıqlarını artırmaq və bunun üçün hər şagirdə fərdi yanaşmaqdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, bir müəllim 40 azyaşlı uşağa 45 dəqiqədə necə fərdi yanaşa bilər?:
"Nəzərə alsaq ki, müəllimlər kifayət qədər mənasız yazı-pozu işlərilə yüklənir və bu yazı pozuya hər dərs üçün 20-25 dəqiqə lazımdır, onda bir dərs ərzində hər şagirdə 25 saniyə vaxt ayıra bilir. Dünyanın hansı ölkəsində şagirdə düşən zaman 25 saniyədir?".
Eldəniz Əmirovun sözlərinə görə, ota təhsilin inkişafı üçün ən vacib amil kimi dərs saatı ərzində şağird başına düşən zaman indekatorundan istifadə etmək lazımdır:
"Məhz şagird başına düşən zaman indekatoru keyfiyyətə əsas xidmət edən göstərici olar. Hər şağirdə düşən zamanı artırmaq üçün isə mütləq şəkildə ilk növbədə siniflərdə uşaqların sayını azaltmaq lazımdır.
Mən çox gözəl anlayıram ki, bu asan iş deyil. Çünki buna böyük məbləğdə pullar lazımdır. Siniflərin bölünməsi, yeni siniflərin yaradılması, yeni məktəblərin tikilməsi və yeni müəllimlərin tədrisə qəbul edilməsini tələb edir. Bu isə böyük maliyyə vəsaiti tələb edir".
İqtisadçı hesab edir ki, buna görə də paytaxtlarda şagird sıxlığının dözülməz halda olduğuna baxmayaraq hazırda davam edən Müəlliçlərin İşə Qəbulu üzrə vakansiya seçimi üçün Bakı üzrə ibtidai sinif müəllimləri üçün cəmi 42 vakant yer çıxarılıb:
"Onun da 35-ə yaxını Bakının kənarlarına aiddir. Şəhərin daxili və əhali çox olan hissələri üzrə təxminən 7 vakant yer var. Xırdalan kimi əhalinin bu qədər artığı şəhərdə isə bircə vakant yer belə yoxdur.
Təkrar edirəm ki, bu işə küllü miqdarda pul lazım olduğunu anlayırıq. Amma onu da bilirik ki, təhsil dövlət büdcəsində ən çox vəsait ayrılan sahələrdəndir. Təhsilə ayrılan vəsaitin xərc strukturunda siniflərin bölünməsi məsələsinə diqqət artırılmalıdır. Bu həm təhsilin keyfiyyətinə ən ciddi təsir göstərən amıl olar, həm də məşğulluğa öz tövhəsini vermiş olar. Yeni vakant yerlər açılar və diaqnostik imtahanda 6-7 bal yığanların müəllim işlədiyi təhsil sistemə heç olmasa MİQ-də 80+ bal toplayan yeni potensial müəllimlər daxil olar.
Daha bir məsələ, Vakant yerlərin müəyyən edilməsinin effektivliyini ölçməkdir. Bunun üçün hər il MİQ öncəsi dünyasını dəyişən, pensiyaya çıxan və s səbəbdən tədrisi tərk edən müəllimlərin statistikası açıqlanmalıdır. Yalnız bu zaman real və elan edilən vakant yerlər arasındakı fərqin miqyası müəyyən etmək olar".
NEWSCENTER.AZ