Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri: "Bu Azərbaycan dövlətinə qarşı təxribatdır"

Partiya sədri: "Bu Azərbaycan dövlətinə qarşı təxribatdır"


"Londonda Böyük Elçiliyimizin binasına hücum edib, bayragımızın endirilib ayaqlar altına atılması və yerinə dini təriqətə məxsus bayragın sancılması qəbul edilməzdir. İkrah hissi doguran haldır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, rəhbərlik etdiyi partiya bu hadisəni qətiyyətlə pisləyir:

"Bu Azərbaycan dövlətinə qarşı təxribatdır. Bu halın yayılmaması üçün qəti tədbirlər görülməlidir və Böyük Britaniya hüquq-mühafizə orqanlarının bu işə laqeyd yanaşması yolverilməz haldır".

"Biz bütün siyasi qüvvələri dövlətimizə və müstəqilliyimizə qarşı yönələn bu cür qorxulu təxribatların qarşısını almaq üçün Ali Baş Komandanın ətrafında daha da sıx birləşməyə çağırırıq" deyən Hafız Hacıyev onu da qeyd edib ki, ölkədə sabitliyi qorumaq üçün bütün var güçümüzü səfərbər etməliyik.

Mehman
Xəbəri paylaş