Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib
Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, IX turda Monqolustanla görüşən yığma 2,5:1,5 hesablı qələbə qazanıb.
Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi turda Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Qadınlar
Azərbaycan - Monqolustan
Günay Məmmədzadə - Enhtul Altan-Ulzi - 1:0
Xanım Balacayeva - Bayarjarqal Bayarmaa - 1:0
Gövhər Beydullayeva - Turmunk Munheul - 0:5:0,5
Gülnar Məmmədova - Bat-Erdene Munquneul - 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.