Rusiyada mart ayının sonundan bəri ilk dəfə olaraq yeni koronavirus infeksiyasına yoluxma hallarının gündəlik artımı 20 303 nəfər təşkil edib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Gün ərzində 1505 nəfər xəstəxanaya yerləşdirilib, 44 nəfər dünyasını dəyişib.
Ümumilikdə Rusiyada pandemiya dövründə 18 712 699 nəfər koronavirusa yoluxub, 382 741 nəfər ölüb, 18 039 355 nəfər sağalıb.