"Türklərdə bayraq, vətən sevgisi, imanın tələbidir. Hələ o bayraqdakı hilal uğruna minlərlə qəhrəman şəhadət şərbətini içmişsə, göz bəbəyi kimi qorumaq boynumuzun borcudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Türk-İslam Araşdırmalar Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu deyib ki, əsrlər boyu İslama bayraqdarlıq edən millətimizin bayraqları məzluma ümid, zalimə qorxu salıb:
"İndi riya, manqurtluq, Türkə düşmənçilik, ancaq İslam dünyasıyla əlləşmək üzərinə qurulan İran din anlayışı gör necə qaranlıq bir hava yaradıb ki, dindarımız ay ulduzlu bayrağına sahib çıxanda sevinirik. Çox şükür 44 günlük şanlı müharibəmiz bu mənada da İran rejiminin mahiyyətini bir daha ortaya qoyaraq ruhumuzu oyatdı. Şəhidlərimizin ruhu şad olsun".
NEWSCENTER.AZ