Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb

Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb


Abşeron rayon sakini qonşusunu bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Mehdiabad qəsəbəsi, "Gənclər şəhərciyi" yaşayış kompleksinin qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Əhmədov Fuad Nadir oğlu Əliyev Elnur Möhlət oğluna qısqanclıq zəminində bıçaq ilə ağır xəsarət yetirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş