Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın dini-ictimai mühiti təmizlənib saflaşacaq.

Azərbaycanın dini-ictimai mühiti təmizlənib saflaşacaq.


Bu gün, Gəncədə 2022-ci il Aşura mərasimi, ilk dəfə Azərbaycanın dövlət bayraqları ilə keçirilir.

Bilmirəm bu bayraqları bizim milli-vətənçilərmi, Azərbaycana, vətəninə bağılı dindarlarmı təşkil edib. Fərq etmir, istənilən halda yaxşı addımdır.

Yaxşı əlamətdir və müsbət tendensiyanın əsası qoyulur, təqdirə layiqdir. Lakin, hesab etməliyik ki, bu hələ başlanğıcdır, qarşıda bu sahədə çox xeyli müsbətə doğru dəyişikliklik olmalıdır. Çox iş görülməlidir ölkədə bu sahədə, dini mühitdə.
Xüsusən, xalqın və cəmiyyətin fəallığında. Ölkə milli-vətənçiləri və saf, ənənəvi dini inanclıların vətən yollu xeyirxah birliyində fəaliyyəti effektli olardı, dini mühitin son illərdə buraya sızmış bir çox yad elementlərdən təmizlənməsində. Özgə dövlətin özgə siyasi, dini rejimini Şiə, Hüseynçi, Islam adı altlnda təbliğ edən, gənclərimizi ölkə, vətən yolundan döndərən antiAzərbaycan tipli ünsürlərin kökü kəsilib, zərərsizləşdirilməsində!

Bizim Azərbaycanın dini-ictimai mühiti tamam təmizlənib saflaşacaq. Azərbaycan İslama, dinə ehtiram göstərən müasir, dünyəvi konstitusion quruluşlu dövlətdir, ölkədir, xalqdır. Azərbaycan 'hüseynçilərin diyarı' deyi, Im. Hüseynə hörmət edən diyar ola bilər. Bunu yəqin etmək lazımdı.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş