Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” sədrinin I müavini Qusarda vətəndaşları qəbul edəcək

“Azərsu” sədrinin I müavini Qusarda vətəndaşları qəbul edəcək


Avqustun 17-də“Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-ın “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Qusar şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Qusar və Quba Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Sevinc
Xəbəri paylaş