
"Ermənistanın Azərbaycana qarşı dövlət sərhədində yeni təxribatlar törətməsi istisna deyil. Hər gün dövlət sərhədində atəşkəsi mütəmadi pozması, həmçinin Qarabağda qanunsuz silahli erməni birləşmələrinin təxribatlari Azərbaycan ordusunun hərbi əməliyyatlari bərpa etməsini şərtləndirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Ermənistan diplomatik danışıqlarla heç bir şərtə əməl etmir:
"10 noyabr Birgə Bəyannaməsinin bir neçə bəndi, 26 noyabr Soçi razılaşması və nəhayət Brüssel danışıqlarinda razılaşdırılan məsələlər kağız üzərində qalıb. Bununla bərabər Ermənistan tərəfi məhz Brüsselin vasitəçiliyini fiaskoya uğradıb".
O qeyd edib ki, Azərbaycan "Qisas" hərbi əməliyyatlari keçirməsəydi Ermənistan Laçın şəhərini və Zabux kəndini boşaltmayacaqdı:
"Həmçinin yeni dəhliz yolunun Ermənistan ərazisində tikintisinə başlamayacaqdi. Halbuki, danışıqlarda bununla razılaşmişdilar. Bundan sonra da Ermənistan danışıqlarla deyil, yalnız Azərbaycanın hərbi güc tətbiqi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Praktika göstərir ki, Ermənistanla yalnız masa ətrafında deyil, sahədə danışmaq lazımdır".
Məhəmməd Əsədullazadə deyib ki, Brüsseldə növbəti liderlerin görüşü razılaşdırılıb:
"Amma, burada da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər. Hətta, dövlət sərhəddində təxribatlar edə bilər. Halbuki, silahli erməni birləşmələrinin Qarabağdan çıxarılması və Qazaxın işgalda olan kəndlərini boşaltmalıdır. Əgər, Yerevan Qazaxin kəndlərini Azərbaycana qaytarmaqdan imtina edərsə, Azərbaycan işgalda olan kəndləri hərbi əməliyyatlarla azad edə bilər. Ermənistan bunun qarşısını almaq üçün Rusiya hərbiçilərini qanunsuz olaraq həmin kəndlərdə yerləşdirib. Bununla bağlı Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir. Çünki, Rusiya hərbiçiləri de-yuri Azərbaycana aid ərazidə yerləşib".
Politoloq onu da bildirib ki, Brüsseldə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan güc tətbiq etmə, sülhə məcbur etmə əməliyyatlarına başlamalıdir:
"Proseslər də ona doğru gedir. Çünki, Ermənistan siyasi elitası və cəmiyyəti danışıqlarda üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə hazır deyil. Artıq, güc tətbiqi labüd görünür. Ümumiyyətlə, Brüsseldə keçirilən danışıqlara ehtiyac yoxdur. Yerevan bu kimi danışıqlarda əldə olunan razılaşmaları yerinə yetirməyəcək".
Mehman











































