Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslamı parçalamaq,cəhdləri dinimizə, peyğəmbərimizə qarşı çıxmaq deməkdir

İslamı parçalamaq,cəhdləri dinimizə, peyğəmbərimizə qarşı çıxmaq deməkdir


Hər bir xalqın və onun milli kimliyinin formalaşmasında onun dini inancın müstəsna rolu var. Bir cəmiyyətin məişəti, mental dəyərləri əsas etnik, coğrafiya (məkan, təbiət, iqlim, məşğulluğu) və dinin simbiozunun nəticəsində yaranır. 5000 xalq, etnos içində 196 dövlət qurluşu haqqı qazanmış Azərbaycan xalqının, türk etnosunun gücü elə ondadır ki, milli mənşəyimizə, dininmizə sevgii və hörmətlə yanaşı, həm də onları qorumaq öhdəliyini şərəflə yerinə yetirib.

İslamda Aşurə Peyğənbərimiz Həzrəti Məhəmmədin soy kökünə, övladlarına olan hörmət və ehtiramımızı əks etdirən və yaşadan mərasimdir. İmam Hüseynin və onun yaxınlarının, əzizlərinin şəhadəti isə əsrlərlə silinməyən bir qəhrəmanlıq simvoludur. Hər bir müsəlmanın Peygənbər övladlarına, onun soy kökünə sevgisi məlumdur və Aşura mərasimini təkcə şiyəliklə bağlamaq düzgün deyildir. Hörmətli əhli sünnə müsəlman qardaşlarımız da hər namazını əhli beytə, peyğəmbər övladlarına salam və ehtiramı ilə başlayır. Odur ki, Aşurə - dinimizi, Peyğənbər övladlarına olan sevgini qoruyub saxlayır, yaşadır. Ona görə də müqqədəs İslamı parçalamaq, müsəlman qarşıdurması yaratmaq cəhdləri dinimizin özünə, peyğəmbərimizə qarşı çıxmaq deməkdir.

Allah dinimizi, imanımızı, xalqımızı qorusun inşəAllah. Vətənimiz uğrunda, bütövlüyümüz uğrunda, xalqımız uğrunda canını fəda etmiş İmam Hüseyn qoxulu bütün şəhidlərimizə Allah rəhmət eləsin.

Vüqar Dadaşov
Xəbəri paylaş