Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb

Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb


Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Newscenter.az xəbər verir ki, sərəncamla Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Xəbəri paylaş